reklam
Yığmamızın üzvünə görə Super Liqaya buraxılmadılar!
Sportfm.az xəbər saytı

Yığmamızın üzvünə görə Super Liqaya buraxılmadılar!


Türkiyə Futbol Federasiyasının (TFF) Lisenziya Komissiyası 2017-2018 mövsümü üçün UEFA və daxili yarışlara lisenziya almağı bacaran klubların adlarını açıqlayıb.
 
Qitəmiqyaslı yarışlarda iştirak hüququ verən lisenziya əldə etmək üçün müraciət edən 16 klubdan 12-nə müsbət cavab verilib.
 
Super Liqa təmsilçilərindən "Antalyaspor”, "Konyaspor”, "Alanyaspor”, "Beşiktaş”, "Fənərbaxça”, "Qalatasaray”, "Gənclərbirliyi”, "Kasımpaşa”, "Başakşehir”, "Osmanlıspor” və "Trabzonspor”, I Liqadan isə "Giresunspor” lisenziya tələblərini yerinə yetirməyə müvəffəq olub.
 
Daxili yarışlarda iştirak etmək üçün müraciət edən 56 klubdan isə 11-nə lisenziya verilib. Bunlar Super Liqadan "Kardemir Karabükspor”, I Liqadan "Altınordu”, "Elazığspor”, "Yeni Malatyaspor”, "Göztepe” II Liqadan "İstanbulspor”, "Hacettepe”, "Kahramanmaraş”, "Keçiörengücü”, "Kırklarelispor” və "Konya Anadolu Selçukspor”dur.
 
TFF Lisenziya Komissiyası digər 49 kluba nöqsanları aradan qaldırmaq üçün 30 və ya 60 gün vaxt verib.
 
Lisenziya ala bilməyən klublar arasında futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Bursaspor” da var. Yerli futbolarena.com saytının iddiasına görə, Bursa təmsilçisi borclu olduğu futbolçuları - Dəniz Yılmaz, Bakaye Traore ve Tomas Necidin şikayətləri üzündən lisenziya əldə edə bilməyib.
 
Qeyd edək ki, Dəniz Yılmaz bir neçə gün öncə "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb. Türkiyə mətbuatı 29 yaşlı hücumçunun əmək haqqını ala bilmədiyi üçün FİFA-ya şikayət ediyinə görə cəzalandırıldığını iddia edib. ("Report”)

Oxşar xəbərlər

“İrəvan” I Liqadan kənarlaşdırıldı
"Şamaxı" Premyer Liqa lisenziyasını aldı - QƏRAR
AFFA 6 kluba lisenziya verdi - Avrokuboklar üçün
Klublar niyə lisenziya almaq istəmir?
"Turan Tovuz" və "Zaqatala" Premyer Liqada olmayacaq!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər