reklam
Mükafat fondu və yarışların sayını artırıldı
Sportfm.az xəbər saytı

Mükafat fondu və yarışların sayını artırıldı


FİDE qadınlar arasında qran-pri seriyasında mükafat fondunu və yarışların sayını artırıb.

Sportfm.az xəbər verir ki, 2024/25 mövsümündə yarışın mükafat fondu 120 min avro təşkil edəcək. Bu da əvvəlki məbləğdən 40 min avro çoxdur.

Həmçinin, qran-pridə iştirakçıların sayı 18 əvəzinə 20, yarış mərhələləri isə 4 deyil, 6 olacaq.

Bundan əlavə, FİDE təsnifat formatını da dəyişib. Yarışda şahmat tacı uğrunda görüşün iki iştirakçısı (çinli qadınlar Ju Venjun və Lei Tingjie), əvvəlki qran-pri seriyasının qalibi və vitse-çempionu (ruslar Yekaterina Laqno və Aleksandra Qoryaçkina) iştirak edəcək. Daha üç vəsiqə dünya kubokunun nəticələrinə əsasən (bolqar Nurgül Səlimova, ukraynalı Anna Muzyçuk, çinli Tan Zhongyi) veriləcək. Qalan 3 iştirakçı isə İsveçrə qran-prisində məlum olacaq.

2024-cü ilin aprel ayı üçün dünya reytinqinə görə daha 4 nəfər müəyyən ediləcək. Bundan başqa hər mərhələnin təşkilatçıları tərəfindən daha altı iştirakçı seçiləcək.

Oxşar xəbərlər

“Baku Open 2024”-ün mükafat fondu açıqlandı - 50 000 dollar
İki azərbaycanlı 280 min avro üçün mübarizə aparacaq
FIDE yeni Qran-pri təsis etdi
FIDE minimal mükafat fondunu müəyyənləşdirdi
FIDE dünya şahmat tacı uğrunda görüşün mükafat fondunu artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər