reklam
Millinin üzvü futboldan uzaqlaşdırıldı -
Sportfm.az xəbər saytı

Millinin üzvü futboldan uzaqlaşdırıldı -QUMAR


İtaliya Futbol Federasiyası "Nyukasl"ın və İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonalini 10 ay müddətinə futboldan uzaqlaşdırıb.
Sportfm.az xəbər verir ki, buna onun mərc oyunlarında iştirakı səbəb olub. Futbolçu "Milan"da çıxış etdiyi zaman mərc qoyub.

Diskvalifikasiyaya görə oyunçu İngiltərə Premyer Liqasının qalan mövsümünü, eləcə də İtaliya vəsiqə qazana bilsə, Avro-2024-ü buraxacaq. O, 8 ay qumar asılılığına görə müalicə olunacaq.

Tonali son transfer pəncərəsində 64 milyon avroya "Milan"dan "Nyukasla" keçib. Bu mövsüm yarımmüdafiəçi klubun heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və 1 qol vurub. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Oxşar xəbərlər

Millinin üzvü futboldan uzaqlaşdırıldı - 2 illik
Martinez Vyeriyə çatdı - cəmi 8 futbolçu
19 yaşında "Milan"dan ayrıldı
"Mançester Yunayted"in futbolçusu "Ayntraxt"da - RƏSMİ
Mərc oyunları futbolçunun "həyatını qaraltdı" - 5 ay uzaqlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər