reklam
Millinin üzvü futboldan uzaqlaşdırıldı -
Sportfm.az xəbər saytı

Millinin üzvü futboldan uzaqlaşdırıldı -2 illik


Braziliyanın "Flamenqo" klubunun hücumçusu Qabriel Barbosa 2 il müddətinə futboldan uzaqlaşdırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə Braziliyanın Dopinq Nəzarəti Təşkilatı açıqlama yayıb.

27 yaşlı futbolçu dopinq testi zamanı qayda pozuntusuna yol verib. Qabiqol ləqəbli futbolçunun cəzası 8 aprel 2023-cü il tarixindən hesablanacaq.

Qabriel Barbosa sosial şəbəkə hesabındakı açıqlamasında günahsız olduğunu bildirib: "Mən heç vaxt hər hansı testə mane olmağa və ya saxtakarlığa cəhd etməmişəm. Futbolçu kimi karyerama başlayandan bəri həmişə oyun qaydalarına əməl etmişəm və heç vaxt qadağan olunmuş maddələrdən istifadə etməmişəm. Hökmün nəticəsindən məyus oldum, lakin idman orqanları ilə əməkdaşlığı davam etdirəcəyəm və təqsirsizliyimi sübuta yetirəcəm".

Qeyd edək ki, Braziliya millisinin də üzvü olan Barbosa yığmada 18 oyuna 5 qol vurub.

Oxşar xəbərlər

"Kvant"ın 5 üzvü futboldan uzaqlaşdırıldı
Millinin üzvü futboldan uzaqlaşdırıldı - QUMAR
Dünya çempionuna ağır cəza Antidopinq
"Flamenqo" Superkuboku qazandı
UEFA-dan milli üzvünə şok cəza – kokain qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər