reklam
Azərbaycan kubokunda 34 komanda çıxış edöəcək
Sportfm.az xəbər saytı

Azərbaycan kubokunda 34 komanda çıxış edöəcək


Sabah Azərbaycan kubokunun püşkatma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilib. 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.

Bu, PFL-in bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/11 mövsümündə təsadüf olunub.

34 iştirakçıdan ibarət kubok yarışı son 17 turnir üçün də rekorddur. Daha çox komandanın iştirakı sonuncu dəfə 2006/07 mövsümündə qeydə alınıb.

Qeyd edək ki, mütləq rekord 1993/94 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok üçün 45 komanda mübarizə aparıb.

Əlavə edək ki, budəfəki kubok yarışında Misli Premyer Liqası, 1 və 2-ci liqanın təmsilçiləri mübarizə aparacaq.

Oxşar xəbərlər

15 mövsümün mütləq rekordu qeydə alındı
Son 7 mövsümün rekordu qeydə alındı - Azərbaycan futbolu
Azərbaycan kubokunda yeni mövsümün püşkü atılır
Bu mövsümün rekordu qeydə alındı - Misli Premyer Liqası
Azərbaycan çempionatlarında rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər