reklam
Millimizin voleybolçusu təcili əməliyyat olundu
Sportfm.az xəbər saytı

Millimizin voleybolçusu təcili əməliyyat olundu


Azərbaycan millisinin və "Xarı Bülbül" (Şuşa) klubunun voleybolçusu Tural Həsənli əməliyyat olunub.

Sportfm.az xəbər verir ki, bu barədə klub rəsmi Feysbuk hesabında paylaşım edib.

33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, “Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

Oxşar xəbərlər

Voleybol millimizin üzvü əməliyyat olundu
“Xarı Bülbül”ün oyunu təxirə salındı
“Xarı Bülbül” 1/16 finalda ilk oyununa çıxır - Çelenc Kuboku
“Xarı Bülbül” avrokubokda növbəti mərhələyə yüksəldi
"Xarı Bülbül" cavab oyununa çıxır - Çelenc Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər