Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA-dan "Qarabağ"la bağlı yeni qərar
UEFA "Olimpiya"nın (Sloveniya) Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdiyi ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Lyublyanadakı qarşılaşmada "Olimpiya"nın azarkeşləri meydana əşyalar atıblar. Həmçinin görüşdə komanda düzgün olmayan davranışa yol verib. UEFA "Olimpiya"nı fanatlarına görə 22625, komandanın üzvlərinə görə isə 4500 avro cərimələyib. Sloveniya klubu UEFA-nın bu qərarı ilə bağlı apellyasiya şikayəti verib.
Qurum "Olimpiya"nın şikayətini rədd edib, Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, Lyublyanadakı görüşdə "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. Bakıda isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Bununla da Ağdam təmsilçisi qrup mərhələsinə yüksəlib.

Oxşar xəbərlər
“Qarabağ"a 1,5 milyon ödəniş olundu
"Qarabağ" - "Olimpiya" oyunu ikinci oldu - Azarkeş sayına görə
"Qarabağ" "Olimpiya"ya qarşı - Avropa Liqası
"Qarabağ"ın şikayəti təmin edilmədi - UEFA-dan rədd cavabı
Niyazovun apellyasiya şikayətinə baxıldı - Qərar qüvvədə saxlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası