reklam
Millimizin Avropa çempionatı üçün heyəti açiqlandı -
Sportfm.az xəbər saytı

Millimizin Avropa çempionatı üçün heyəti açiqlandı -SİYAHI


Dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarestdə 21 yaşadək taekvondoçular arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millilərinin heyəti bəlli olub.
Sportfm.az xəbər verir ki, kişilərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov 3 gün davam edəcək yarışda Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kq), Rahid Vəliyev (58 kq), Pərviz İsgəndərov (63 kq), Vaqif Hacıyev (68 kq), Nicat İsmayılzadə (74 kq) və Eltac Qafarova (80 kq) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Park isə qitə birinciliyində Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kq), Leyla Bəşirova (57 kq) və Fatimə Məcidovanı (62 kq) sınayacaq.

Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev rəhbərlik edəcək.

Beynəlxalq dərəcəli referi Aygül Abdullayeva Avropa çempionatında ədalət təmsilçiləri sırasında yer alacaq.

Oxşar xəbərlər

Azərbaycan millisinin heyəti bilindi - SİYAHI
Türkiyə açıq çempionatında iştirak edəcək idmançılarımız bilindi - SİYAHI
Azərbaycan millisinin heyəti bilindi - SİYAHI
Taekvondoçularımız İordaniyaya yollandı - Toplanış
Avropa çempionatı üçün heyəti açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər