reklam
Azərbaycan millisinin heyəti bilindi -
Sportfm.az xəbər saytı

Azərbaycan millisinin heyəti bilindi -SİYAHI


Mayın 8-da Serbiyanın paytaxtı Belqradda start götürəcək Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub.
Sportfm.az xəbər verir ki, baş məşqçi Məmməd Abdullayev və Elnur Amanov 4 gün davam edəcək yarışda Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Riyad Şirəliyev (63 kq), Yaşar Məmmədli (68 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq) və Hamidreza Badrialiabadiyə (+87 kq) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkla böyük məşqçi Seul Bi Li isə çempionatda Zemfira Həsənzadə (46 kq), Məryəm Məmmədova (49 kq), Nigar Abdullayeva (53 kq) və Leyla Bəşirovanı (57 kq) sınayacaq.

Yarışda beynəlxalq dərəcəli hakimimiz Aygül Abdullayeva referilər sırasında yer alacaq.

Bu gün səfərə yollanan komandaya rəhbərliyi isə Azərbaycan Taekvondo Federasiyasının Nəzarət-Təftiş komitəsinin sədri Anar Surxayzadə edəcək.

Oxşar xəbərlər

Azərbaycan millisi İrana yollanır - Beynəlxalq turnir
Türkiyə açıq çempionatında iştirak edəcək idmançılarımız bilindi - SİYAHI
Azərbaycan millisinin heyəti bilindi - SİYAHI
Millimizin Avropa çempionatı üçün heyəti açiqlandı - SİYAHI
Millimizdə yeni baş məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər