reklam
Amin Seydiyev 100-ə çatdı
Sportfm.az xəbər saytı

Amin Seydiyev 100-ə çatdı


Amin Seydiyev “Sabah”ın heyətində 100-cü çempionat oyununu keçirib.
Sportfm.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 18-ci turuna təsadüf edib. 25 yaşlı müdafiəçi yetirməsi olduğu “Qəbələ” ilə qarşılaşmada yubiley matçına çıxıb.

Amin 2020-ci ilin yayından “Sabah”da forma geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.

Qeyd edək ki, Seydiyev “Sabah” forması ilə Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt matçında bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Bədavi “250”yə çatdı
Emin Mahmudov üçün yubiley matç
“Sabah”da tarix yazdı
“Sabah”da ən çox oyun keçirən oyunçu
“Sabah”da ilin ən yaxşı futbolçusu - Amin Seydiyev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər