reklam
Sportfm.az xəbər saytı

"The Best" mükafatının qalibi Messi oldu


FİFA 2023-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Sportfm.az xəbər verir ki, "The Best" mükafatına Argentina millisinin və "İnter Mayami"nin futbolçusu Lionel Messi layiq görülüb.

36 yaşlı hücumçu Erlinq Haaland ("Mançester Siti"/Norveç) və Kilian Mbappeni (PSJ, Fransa) qabaqlayıb.

Maraqlıdır ki, Messi özü mərasimə qatılmayıb. Yayılan xəbərlərə görə, onun bu qərarı verməsinə səbəb "The Best" mükafatını qazanacağına inanmaması olub.

Xatırladaq ki, "Qızıl top"un səkkizqat qalibi ötən il də "The Best" mükafatını qazanmışdı. Ümumilikdə isə bu, onun 3-cü belə mükafatıdır.

Qeyd edək ki, Messi 2023-cü ildə PSJ ilə Fransa Liqasının, Fransa Superkubokununun qalibi olub, "İnter Mayami" ilə Liqa kubokunu qazanıb.

Oxşar xəbərlər

2023-cü ilin ən yaxşı futbolçuları
Messi yenə "Qızıl top"u qazandı
"Qızıl top"un sahibi bu gün məlum olacaq
Messi Amerikada ilk kubokunu qazandı
Mess i“İnter Mayami”də - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər