reklam
Sportfm.az xəbər saytı

"Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər" -Samir Abasov


“Sumqayıt”ın baş məşqçisi Samir Abasov son yoxlama oyunu və təlim-məşq toplanışı barədə fikirlərini bildirib.

Sportfm.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:

“Plana uyğun olaraq bu gün Antalyada son yoxlama oyunumuzu keçirdik. Hava şəraitinə görə oyunun təxirə salınacağından narahat idik, amma, şükürlər olsun ki, oyun baş tutdu və proqramımızdan kənara çıxmadıq. Bu gün bəzi oyunçuları onlara yad olan mövqelərdə yoxladıq. Bu da yoldaşlıq görüşlərinin özəlliklərindən biridir. Uşaqlar da oyuna tam köklənmişdilər. Düzdür, bir sıra səhvlərimiz də oldu. Lakin, toplanış boyu fiziki yüklənmələrin olduğunu, oyunun gedişatı zamanı verilən tapşırıqları nəzərə alsaq, hər şey normaldır.

Ümumi toplanış barədə onu deyə bilərəm ki, hər şey ürəyimizcə oldu. Komandamdan razı qaldım. Uşaqlar məşqlərdə əllərindən gələni, hətta daha da artığını etdilər. Artıq sabah Vətənə yola düşürük. Növbəti turda "Qəbələ" ilə qarşılaşacağıq ki, bu oyuna da hazırlaşmağa bir xeyli vaxtımız var".

Oxşar xəbərlər

"Komandanı bu şəraitdə də görmək vacibdir" - Samir Abasov
"Buradan gedənlər "Neftçi"ni itirdi deyə dərd etməlidir" - Samir Abasov
Samir Abasov: "Toplanışı qənaətbəxş hesab etmək olar"
Roman Qriqorçuk: «Onları müxtəlif mövqelərdə sınadıq»
Samir Abasov: "Məğlub olmağımıza baxmayaraq, oyundan tam razıyam"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər