reklam
“Çox çətin oyun gözləyirik
Sportfm.az xəbər saytı

“Çox çətin oyun gözləyirik" - Qurban Qurbanov


“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın “Braqa” komandasına qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransına qatılıb.
Sportfm.az xəbər verir ki, 52 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib:

“Çox çətin oyun gözləyirik. Rəqib sürətli hücumlar edən komandadır. Ancaq biz görüşə hazırıq. Bu gözəl stadionda yaxşı oyun göstərməyə çalışacağıq. Hamı üçün maraqlı matç olacaq”.

Baş məşqçi iki komanda arasında müqayisə aparmağın doğru olmadığını düşünür: “İndi Avropada futbol fərqlidir. Bütün komandalar fərqli büdcələrlə oynamağa öyrəşiblər. Avrokuboklarda böyük təcrübəmiz var. Futbolçularımızı bu məsələlərlə yükləmək istəmirik. “Braqa” böyük klubdur. Təbii ki, mövsümboyu eyni səviyyədə oynamaq, sabiqliyi qorumaq çətindir.

“Üstünlük “Braqa”dadır, amma biz buna önəm vermədən mübarizə aparacağıq”.

Oxşar xəbərlər

Qurban Qurbanov "Bayer"lə görüşlərdən danışdı
Tarixi matç - "Qarabağ" "Braqa"ya qarşı - YENİLƏNİR
"Durumu xeyrimizə dəyişməyə çalışacağıq" - Artur Jorje
"Ondan əl çəkməyəcəyik" - Qurban Qurbanov
Qurban Qurbanov: "Qalib gəlmək istəyirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər