reklam
Lider ən yaxın izləyicisinə qarşı - YENİLƏNİR
Sportfm.az xəbər saytı

Lider ən yaxın izləyicisinə qarşı - YENİLƏNİR


Bu gün Misli Premyer Liqasında XXIV tura yekun vurulacaq.
Sportfm.az xəbər verir ki, üç günü əhatə edən turun son görüşləri paytaxtda olacaq.
Əvvəlcə Mərdəkanda "Araz-Naxçıvan"la "Zirə" münasibətlərinə aydınlıq gətirəcəklər. Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv 10 oyunluq qələbəsiz seriyaya "Dalğa Arena"da son qoymağa çalışacaq.
Tura Tofiq Bəhramov adına Respublika stadionunda yekun vurulacaq. "Qarabağ" həftəiçi avrokubokda tarix yazdığı arenada çempionatdakı ən yaxın izləyicisi "Sumqayıt"ı sınağa çəkəcək. "Köhlən atlar" bu görüşdən də qalib ayrılsalar, əsas izləyicisi ilə xal fərqi 18-ə çatacaq.
Qeyd edək ki, turun digər oyunlarında "Kəpəz" "Qəbələ"ni 2:1, "Səbail" "Sabah"ı 2:0 hesabı ilə üstələyib, "Turan Tovuz" - "Neftçi" matçında qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
24-cü tur
25 fevral

16.30. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Dalğa Arena”

19.00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika stadionu

Oxşar xəbərlər

"Qarabağ" "Sumqayıt"ı məğlub etdi, "Araz-Naxçıvan" isə...
"Turan Tovuz" "Neftçi"yə, "Səbail" "Sabah"a qarşı - Misli Premyer Liqası
FIFA referilərimiz autda qaldı
“Kəpəz” “Sumqayıt”a qarşı – Misli Premyer Liqası
"Qarabağ" "Kəpəz"ə, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər