Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanlı futbolçunun “Spartak”a qayıdacağı 10 günə məlum olacaq
Rusiya Premyer Liqasında çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev "Spartak”a qayıtmaq perspektivi barədə danışıb.
Sportfm.az saytı Rusiya mətbuatına istinadən bildirir ki, Quliyev müqavilə ilə "Spartak”a məxsus olsa da, icarə əsasında "Anji”də çıxış edib. O, növbəti mövsüm karyerasını harda davam etdirəcəyi ilə bağlı məsələyə yaxın 10 gün ərzində aydınlıq gələcəyini deyib:
"Növbəti mövsüm "Spartak”a qayıdacam? Hələ heç nə bilmirəm. Yaxın 10 gündə hər şey bəlli olacaq. "Ya "Spartak”da oynayacam, ya da "Anji”də qalacam.
"Spartak”ın çempion olmasına çox sevindim. "Anji”nin də uğurlarına az sevinmirəm. İnanırdım ki, Premyer Liqada yerimizi qoruyacağıq”.
2016/2017 mövsümündə Ayaz Quliyev "Anji”də 12 oyun keçirib, 1 qol ötürməsi edib.
Oxşar xəbərlər
Quliyev oynadı, "Spartak" derbidə uduzdu - VİDEO
Ayaz Quliyev Rusiya millisini seçəcək - İddia
Azərbaycanlı futbolçu "Spartak"a keçmək istəmədi
Azərbaycanlı futbolçu Rusiya klubundan ayrıldı
Ayaz Quliyev baş məşqçisi erməni olan klubda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası