Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda daha bir stadionun ot örtüyü yenilənir -FOTO
Sərhədçi İdman Mərkəzinin futbol meydançası təmirə bağlanıb.
Sportfm.az xəbər verir ki, Sərhədçi stadionun süni ot örtüyü pis vəziyyətə düşdüyündən rəhbərlik köhnəni yenisi ilə əvəzləmək qərarına gəlib.
Bu stadion "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarının ixtiyarına verilib. Belə ki, Ağdam klubunun müxtəlif yaş qruplarının komandaları həm məşqlərini, həm də oyunlarını məhz Sərhədçi İdman Mərkəzinin stadionunda keçirir.
Martın sonuna qədər meydançanın "Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandalarına təhvil veriləcəyi ehtimal edilir. İndi isə komandalar müvəqqəti olaraq "Neftçi"nin keçmiş bazasında məşqlərini yerinə yetirir.

Oxşar xəbərlər
Sərhədçi İdman Kompleksində bürünc medalları qazandılar
"Sərhədçi" dən asan qələbə
“Sərhədçi”lərdən əzmkar qələbə
Respublika Stadionunun ot örtüyü bərpa edilir - FOTO
Ən azı 10 stadion ot örtüyü ilə təmin ediləcək - Azərbaycanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası