Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turniri başladı
Martın 30-da Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinə start verilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları 8 qrupda mübarizə aparır.
Sportfm.az xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən açılış mərasimində əvvəlcə Dövlət Himnimiz səsləndirilib və torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca AFFA-nın baş katibi Sərxan Hacıyev, Bakı Abadlıq Xidmətinin rəsmisi Vüqar Müfitzadə, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıblar. Yarış açıq elan edildikdən sonra futbolçuların maraqlı görüntülərindən ibarət videoçarx nümayiş olunub. Daha sonra “Qarabağ” futbol komandasının futbolçuları Tural Bayramovun və Olavio Juninyonun uşaqlar üçün imza sessiyası təşkil edilib. Bədii hissə ilə davam edən açılış mərasimindən sonra start verilən ilk qarşılaşmada ötənilki turnirin qalibi olmuş Yeni Suraxanı və Əmircana 5:0 hesabı ilə qalib gəlib.
Turnirin keçirilməsində əsas məqsəd uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda idmanın kütləviliyinə nail olmaqdır.
Yarışlara mayın 10-da final qarşılaşması ilə yekun vurulacaq.

Oxşar xəbərlər
Xankəndi - Bakı ultramarafonuna start verilib
Bakı İdman Sarayında möhtəşəm turnir - FOTO
Azərbaycanda yeni bir liqaya start verildi
Su İdmanı Sarayında “Baku World Open” turnirinə start verilib
Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası