Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Klublarımız Çempionlar Liqasından imtina etdi
Qadın voleybolçular arasında avrokubokların 2017/2018 mövsümündə Azərbaycanı təmsil edəcək klubun adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, ölkəmiz yeni ildə beynəlxalq arenada cəmi bir komanda ilə mübarizə aparacaq.
Bu, Super Liqanın vitse-çempionu "Azərreyl”di. "Dəmiryolçular” "Çelenc Cup”da mübarizə aparmağı məqsədəuyğun sayıblar.
Çempionatın qalibi "Telekom” isə nəinki Çempionlar Liqasına, digər qitəmiqyaslı turnirlərə də qatılmayacaq. Komanda rəsmiləri bunu təsdiqləyiblər. Çempionatımızın digər mükafatçısı "Azəryol” isə daxili yarışla kifayətlənəcək.
Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasında 2002/2003-cü il mövsümündə "Azərreyl”lə debüt edib. Sonradan müəyyən fasilə yaransa da, "Rabitə” 2010/2011-ci il mövsümündə qitənin ən nüfuzlu yarışında iştirak edib və həmin vaxtdan turnirdə mübarizə aparırdıq.(apasport.az)
Oxşar xəbərlər
“Azərreyl” qızıl medallara bir addım da yaxınlaşa bilər
"Azəryol"dan asan qələbə, "Telekom"dan "comeback"
"Telekom"dan qələbə, "Azərreyl" "Lokomotiv"ə şans vermədi
Azərbaycan çempionatı 5 klubla start götürür
Klublarımızın Çempionlar Liqasında oyunlarının təqvimi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası