Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıya nə qədər irlandiyalı azarkeş gələcək?
Futbol üzrə Şimali İrlandiya milli komandası Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına 300-dən çox azarkeş gətirəcək.
Sportfm.az xəbər verir ki, qonaq fanatlar Tofiq Bəhramov adına Respublika stadionunun 27-28-ci sektorlarında yerləşdiriləcəklər.
Azarkeşlər üçün hazırlanan bələdçi kitabçasında səfər, təhlükəsizlik və ümumilikdə Bakı ilə bağlı məsləhətlər əksini tapıb. Öncədən "Bakcell Arena"da keçirilməsi nəzərdə tutulan görüşün mərkəzə yaxın Respublika stadionuna keçirilməsi müsbət qiymətləndirilib. Kitabçada Bakının metro stansiyaları, arenanın Fontanlar Bağına metro və taksi ilə gediş-gəliş üçün yaxınlığı, eləcə də rəqib komandanın baş məşqçisi Maykl O`Nillə azarkeş qrupunun rəhbəri Qari Makallisterin tərəfdarlara müraciəti əksini tapıb. O`Nil görüşün əhəmiyyətindən, Makallister isə şəhərin xüsusən turizm mərkəzi sayılmayan hissələrində fanatların öz davranışlarına diqqətlə yanaşmalarının, lazım gəldikdə Böyük Britaniyanın Bakıdakı səfirliyi ilə əlaqə saxlamalarının vacibliyindən bəhs edib.
Qeyd edək ki, iyunun 10-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya qarşılaşması saat 20:00-da başlanacaq(report.az).
Oxşar xəbərlər
İrlandiyalı azarkeşlərdən nümunəvi addım - FOTO
Şimali İrlandiya ilə oyuna nə qədər bilet satılıb?
"Bakıda 3 xal almaq bizim üçün qrupdakı impulsu qorumaq baxımından önəmlidir".
Şimali İrlandiya ilə oyunumuz harada baş tutacaq?
Azərbaycan - Şimali İrlandiya oyunu harada keçiriləcək?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası