reklam
Luka tarixə düşdü -
Sportfm.az xəbər saytı

Luka tarixə düşdü -qocalmaq bilməyən Modriç


Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk "Bavariya" ilə 2:2 oynayan "Real" bir həftədən sonra cavab görüşünə çıxacaq.

Sportfm.az xəbər verir ki, bu görüş "kral klubu"nun yarımmüdafiəçisi Luka Modriç üçün əlamətdar olub.

Belə ki, ikinci hissədə meydana daxil olan xorvatiyalı Çempionlar Liqasının bu mərhələsində oynamış üçüncü ən yaşlı futbolçu kimi tarixə keçib.

Bu göstəricidə rekordçu "Milan"ın keçmiş müdafiəçisi Alessandro Kostakurtadır. O, 40 yaş 2 günlüyündə olarkən mötəbər turnirin yarımfinalında meydana çıxıb.

Modriçi isə 38 yaş 302 günlüyündə yarımfinalda oynamış Paolo Maldini (“Milan”) qabaqlayır.

Oxşar xəbərlər

Luka Modriç "Real"dan ayrılır - İddia
41 yaşında Çempionlar Liqasında meydana çıxdı
Daniel Maldini "Milan"da debüt etdi
Ronaldodan tarixi nailiyyət
EURO 2016: Şvayntştayger tarixə düşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər