Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”ın 3 futbolçusu UEFA-nın yekununda ön sıralarda!
"Qarabağ"ın 3 futbolçusu UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəricilərinə görə fərqlənərək ön sıralarda adları çəkilib.
Sportfm.az xəbər verir ki, "Köhlən atlar"ın hücumçusu Olavio Juninyo 5 qolla bombardirlər siyahısında 5-14-cü yerləri bölüşdürür.
Braziliyalı forvard "çərçivə"yə dəqiq zərbələrdə (11) 5-7-ci sıralarda qərarlaşır.
Azərbaycan çempionunun yarımmüdafiəçisi Julio Romao ikili mübarizələrdən ən çox qalib ayrılan ikinci oyunçudur. Braziliyalı legioner yarış ərzində 28 dəfə buna müvəffəq olub.
"Qarabağ"ın qapıçısı Andrey Lunyov isə turnirdə qurtarış sayında (44) ikincidir.
Qeyd: İtaliyanın "Atalanta" klubu finalda Almaniya təmsilçisi "Bayer"i 3:0 udaraq UEFA Avropa Liqasının qalibi olub.
Mənbə: UEFA

Oxşar xəbərlər
UEFA-nın Juninyo paylaşım - “Bayer”lə oyunda şou göstərdi”
"Qarabağ"ın qapıçısı ən yaxşılar sırasında - Avropa Liqası
“Bayer” “Qarabağ”ın qapıçısı ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycan millisi sonuncu sıralarda - AVRO-2024
“Qarabağ” UEFA-nın TOP-5-liyində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası