Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bolidlər Bakıya gətirilməyə başlandı - FOTO
"Formula-1" Azərbaycan Qran-Prisi çərçivəsində Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanına yüklərin gətirilməsinə başlanılıb.
Sportfm.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanına yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 600 tondan çox yük altı reyslə Monreal şəhərindən gətirilib. Daha iki reys bu həftə yerinə yetiriləcək.
Reysləri Silk Way Airlines, Cargolux, Qatar Cargo və AirBridgeCargo yük aviaşirkətləri yerinə yetirirlər."Formula-1" Azərbaycan Qran-Prisinin başlanmasına qədər ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.
Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır. Azərbaycan Qran-Prisi 2017-ci il iyunun 22-dən 25-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.
Oxşar xəbərlər
Qran-pri yarışları təxirə salındı - Formula 1
Avstriyada keçiriləcək yürüşlərin adı bilindi
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin başlama saatı dəyişdirildi
Prezident İlham Əliyev və xanımı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində yarışları izləyirlər
Formula 1 - Azərbaycan Qran-Prisi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası