reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" ÇL-də növbəti mərhələyə yüksəldi


Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Sportfm.az xəbər verir ki Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb. Ağdam klubu Bakıda Cəbəllütariq “Linkoln”u ilə üz-üzə gəlib və 5:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. Olavio Juninyo oyunda het-trik edib.

İlk görüşdə Qurban Qurbanovun komandası səfərdə 2:0 hesablı qələbə qazanmışdı.

"Qarabağ" bu gün mərhələni keçməklə ən azı Konfrans Liqasının qrup mərhələsini təmin edib.

"Qarabağ" üçüncü turda “Ludoqorest” (Bolqarıstan) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

30 iyul

20:00. “Qarabağ” (Azərbaycan) - “Linkoln” (Cəbəllütariq) - 5:0

Qollar: Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72

Baş hakim: Yakob Sandberq (Danimarka)

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 2:0

Oxşar xəbərlər

"Qarabağ" Bakıda cavab matçına çıxacaq - Çempionlar Liqası
“Qarabağ”dan uğurlu başlanğıc - Çempionlar Liqası
“Qarabağ” növbəti mərhələdə! - Çempionlar Liqası
"Qarabağ" qalibiyyətlə qayıdır
“Qarabağ” “Linkoln”a qarşı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər