Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bu gün güləşçilərimiz mübarizəyə başlayır -Paris-2024
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 9-cu gündür.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın 2 idmançısı çıxış edəcək.
Güləş
Güləş yarışlarında mübarizəyə ilk olaraq yunan-Roma güləşçiləri başlayacaq. Bu gün döşəkçəyə Azərbaycan millisinin 2 üzvü çıxacaq.
60 kq çəki dərəcəsində yarışacaq 2024-cü ilin Avropa çempionu, 28 yaşlı Murad Məmmədov mübarizəyə 1/8 finaldan start verəcək. Onun rəqibi Venesuela güləşçisi, 2024 Panamerikan çempionatının qalibi Rodrigues Orosco (33 yaş) olacaq.
130 kq. çəkidə yarışacaq Azərbaycan millisinin digər üzvü, Rio-2016 Olimpiadasının bürünc mükafatçısı Sabah Şəriəti (35 yaş) isə 1/8 finalda Estoniya güləşçisi Heiki Nabi (39 yaş) ilə qarşılaşacaq.
Nabi təcrübəli güləşçidir. O, 2006 və 2013-cü ildə dünya çempionatında qızıl, 2012 London Olimpiadasında isə gümüş medal qazanıb.
Qeyd edək ki, güləş yarışları sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər
Güləşçilərimizin ilk rəqibləri bəlli oldu - Paris-2024
Bu gün 6 idmançımız yarışa çıxır - Paris-2024
İdmançılarımız bu gün mübarizəyə başlayır - Paris-2024
Azərbaycanın 5 güləşçisi mübarizəyə başlayır - Avropa çempionatı
Rio-2016: Türkiyə ikinci medalını qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası