reklam
Olimpiadada 4-cü medalımızı qazandıq -
Sportfm.az xəbər saytı

Olimpiadada 4-cü medalımızı qazandıq -Paris-2024


Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Paris-2024 Yay Olimpiya oyunlarında mübarizəyə başlayıb.

Sportfm.az xəbər verir ki, milliləşdirilmiş dağıstanlı idmançı İrlandiya təmsilçisi Cek Uolleylə üz-üzə gəlib. Qaşım Maqomedov Avropa çempionudur (2023-cü il). O, həmçinin qitə çempionatında 1 bürünc, Avropa Oyunlarında 1 bürünc, İslam Həmrəyliyi Oyunlarında isə 1 gümüş və 1 bürünc medal qazanıb. Cek Uolley Avropa çempionatının və Avropa Oyunlarının gümüş mükafatçısıdır.

24 yaşlı Azərbaycan taekvandoçusu ilk döyüşündə qalib gələrək (2:0) 1/4 finala yüksəlib.

Bu mərhələdə onun rəqibi İspaniya idmançısı Adriant Visente Yunta olub və təmsilçimiz qalib (2:0) gələrək yarımfinala yüksəlib. 25 yaşlı ispan dünya çempionatının (2023) bürünc mükafatçısı və Avropa çempionudur (2018).

Yarımfinalda Qaşım Maqomedovun rəqibi Olimpiya çempionu (2020-ci il) Vito Del-Akvila (İtaliya) olub və 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Maqomedov finalda Tae Conq Parkla (Koreya) qarşılaşacaq. Döyüş saat 23:37-də başlayacaq.

Oxşar xəbərlər

Sənan Süleymanov yarımfinala yüksəldi - Paris-2024
Azərbaycan 2-ci Olimpiya qızılını qazandı
Azərbaycan Olimpiadada daha bir medal qazandı
"Hido" finalda - PARİS - 2024
Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər