Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın aparıcı futbolçuları "Dinamo" ilə matçlarda oynamayacaq
"Qarabağ"ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Xorvatiyanın "Dinamo" komandasına qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarını buraxacaq.
Sportfm.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Anar Hacıyev məlumat verib.
Bolqarıstanda "Ludoqorets"ə qarşı III təsnifat mərhələsinin cavab matçında zədələnən monteneqrolu oyunçuların hər ikisinin əzələsində problem aşkarlanıb.
Veşoviç 2-3, Yankoviç isə 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Bakıda rəqibinə uduzan (1:2) "köhlən atlar" səfərdə "Ludoqorets"i 7:2 hesabı ilə üstələyib. Azərbaycan çempionu "Dinamo" ilə ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

Oxşar xəbərlər
"Qarabağ" "qol yağışı" ilə Çempionlar Liqasının pley-offunda
"Qarabağ"ın futbolçusu Belçikaya qarşı 70 dəqiqə oynadı
"Qarabağ"ın futbolçuları milliyə çağırıldı
"Qarabağ" üçün üzücü xəbər - "Bayer"ə qarşı oynamayacaq
"Qarabağ"ın futbolçuları milliyə qarşı oynadı - AVRO-2024
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası