reklam
Veşoviç və Yankoviç sabah oynayacaqmı? - Sualın cavabı
Sportfm.az xəbər saytı

Veşoviç və Yankoviç sabah oynayacaqmı? - Sualın cavabı


Qurban Qurbanov "Qarabağ" - "Dinamo" oyunu öncəsi komandanın sağlamlıq durumunu açıqlayıb.

Sportfm.az xəbər verir ki, komandada 1 itki var, digəri isə qeyri-müəyyəndir:

"Marko Veşoviçin ümumi durumu pis deyil. Srağagündən komanda ilə məşqlərə qoşulub. Bu gün də komanda ilə məşqi sona qədər etməlidir. Müayinədən sonra həkim təsdiq versə, ola bilsin ki, sabahkı oyunun iştirak ərizəsinə daxil edilsin. Marko Yankoviç isə hələ də fərdi məşqlər edir", - Q.Qurbanov qeyd edib.

Xatırladaq ki, "Qarabağ" sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda "Dinamo" ilə ÇL-nin pley-off mərhələsi üzrə cavab oyununa çıxacaq.

Oxşar xəbərlər

"Qarabağ" yeni qapıçısını sifariş ərizəsinə daxil etdi
"Qarabağ"ın aparıcı futbolçuları "Dinamo" ilə matçlarda oynamayacaq
"Qarabağ" "Bayer" ilə oyun üçün 22 futbolçu sifariş etdi
“Qarabağ" “Braqa” ilə oyunların iştirak ərizəsini açıqladı
"Qarabağ" "Neftçi" ilə oyuna itki ilə çıxacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər