reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"


"Samtredia"nın yeni transferi Nika Sabanadze ölkəsinin mətbuatına müsahibə verib.

Sportfm.az xəbər verir ki, gürcü hücumçu müsahibə zamanı Çempionlar Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb.

"Samtredia" ilə noyabr ayına qədər müqavilə imzalayan hücumçu bildirib ki, mərhələ keçmək üçün əllərindən gələni edəcəklər: "Qarabağ"  güclü komandadır. Ancaq bizim də şansımız var. Əlimizdən gələni edəcəyik. Ümumiyyətlə, "Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq. İnanıram ki, bunu bacara bilərik".

Qeyd edək ki, "Qarabağ"la "Samtredia" arasında ilk oyun iyulun 11-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.(Goal.az)

Oxşar xəbərlər

"Fanatları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq" - “Qarabağ”ın legioneri
"Qarabağ"ın baş məşqçisi nədən danışdı?
“Qarabağ”ın səfər matçı canlı yayımlanacaq
"Qarabağ" - "Samtredia" matçının biletləri nə vaxt satışda olacaq?
Litvalı futbolçu "Qarabağ"ı zəif komanda sayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər