reklam
Sportfm.az xəbər saytı

"Belə oyunlar futbolçularımızın böyüməsi üçün təcrübə sayılır" -Qurban Qurbanov


“Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq”.
Sportfm.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi “Tottenhem”ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis onları çətin qarşılaşmanın gözlədiklərini bildirib:

“Sabah dünyanın ən güclü çempionatında iştirak edən kluba qarşı mübarizə aparacağıq. “Tottenhem” hər zaman İngiltərə Premyer Liqasında liderlər sırasında qərarlaşıb. Bununla belə, oyuna hazırıq. Çox düzgün, səliqəli və intizamlı oynamalıyıq. “Tottenhem”in stadionda və onların azarkeşləri qarşısında mübarizə aparmaq bizim üçün böyük təcrübə olacaq. Belə oyunlar hər bir futbolçumuzun böyüməsi üçün təcrübə sayılır. İnşallah, sabah futbolçularım böyük güc sərf edərək, yaxşı oyun nümayiş etdirəcəklər”.

Oxşar xəbərlər

"Üçüncü dəfədir ki, əlimizə belə şans düşür" - Qurban Qurbanov
""Bavariya" çox güclü rəqibdir" - italiyalının qorxusu
"90 dəqiqə istənilən sürətə dözməliyik" - Qurban Qurbanov
“Çox çətin oyun gözləyirik" - Qurban Qurbanov
“Oyunçularıma güvənirəm“ - Qurban Qurbanov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər