reklam
İdmançılarımız Türkiyədə 2 qızıl medal qazandı
Sportfm.az xəbər saytı

İdmançılarımız Türkiyədə 2 qızıl medal qazandı


Azərbaycan idmançıları Türkiyənın Antalya şəhərində keçirilən hərbi kikboksinq üzrə 1-ci “CISM” açıq çempionatında 2 qızıl medal qazanıblar.

Sportfm.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrcə dünya və Avropa çempionu Eduard Məmmədovun yetirmələri olan Elvin Məmmədov (54 kq) və Amin Quliyev (67) bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan başqa, Eduard Məmmədov 11 ölkə idmançılarının qatıldığı yarışın ən yaxşl baş məşqçisi adına layiq görülüb.

Azərbaycan millisi yarışı ümumilikdə 7 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub.

Oxşar xəbərlər

Kikboksçumuz Yunanıstanda 2 qızıl medal qazandı
İdmançılarımız dünya çempionatında rekorda imza atdı
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Ppeşəkar kikboksçumuza vəzifə verildi - Təyinat
Eduard Məmmədov 26-cı dəfə dünya çempionu oldu - Rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər