reklam
Sportfm.az xəbər saytı

"İnter" "iki yerə" parçalandı, klubun gələcək taleyi sual altındadır


Avropa Liqasının 1-ci təsnifat mərhələsində Serbiyanın "Mladost" klubunu mübarizədən kənarlaşdıran "İnter"in başı üzərindəki "qara buludlar" sıxlaşır. 
 
Sportfm.az saytının əldə etdiyi məlumata görə, bazasını itirən paytaxt klubuna vaxt verilib. Belə ki, "İnter" PİK iyul ayının 20-sinə qədər bazanı boşaltmalıdır. Daha əvvəl ayın 7-sinə qədər "İnter Arena"nı tərk etmək şərti ilə üzləşən klubun başı Avroliqanın cavab matçında qarışdığı üçün, bu müddət uzadılıb. "İnter" 17, 19, əvəzedicilər və əsas komandası bundan sonra Mərdəkanda yerləşən "Dalğa Arena"da məskunlaşacaq. Klubun daha aşağı yaş qrupları isə Bakı Olimpiya stadionunun ehtiyat meydançalarında məşq edəcək. Komandanın gələcəyi ilə bağlı müəmma isə davam edir. Kluba himayədarlıq etmək istəyən şirkətləri isə yaranan borcun məbləği qorxudur. 

Oxşar xəbərlər

"İnter"ə verilən vaxt uzadıldı - PROBLEM
"İnter" "Mladost"a qarşı - YENİLƏNİR
Avropa Liqasında iştirak edən komandamız ortada qalıb - PROBLEM
"İnter" - "Mladost" matçının biletləri satışa çıxdı
"İnter"in Serbiya planları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər