reklam
Azərbaycan mətbuatı Qurban Qurbanovu seçdi
Sportfm.az xəbər saytı

Azərbaycan mətbuatı Qurban Qurbanovu seçdi


Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
Sportfm.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub.

Qurbanov 64 jurnalistin qatıldığı sorğuda 47 səs toplamaqla, 2024-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 8-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 7-si “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 2-si “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevə səs verib. “Sumqayıt”ın keçmiş, “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova səs verən olmayıb. Bu mütəxəssislər də ilin məşqçisi adına namizədlər siyahısında yer almışdı.

“Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Misli Premyer Liqasında çempionluğu bayram edib. Bundan başqa, Ağdam təmsilçisi ölkə kubokuna da sahib çıxıb. Qurbanovun komandası növbəti dəfə Avropa Liqasında Liqa mərhələsinə vəsiqə qazanıb.

Oxşar xəbərlər

Jurnalistlər ilin ən yaxşı məşqçisini seçdi - Qurban Qurbanov
Qurban Qurbanov mükafatına qovuşdu - FOTO
Qurban Qurbanov “Fairmont” otelində mükafatlandırılacaq
Azərbaycan mətbuatı 2021-ci ilin ən yaxşı futbol məşqçisini seçdi!
Qurban Qurbanov ilin məşqçisi seçildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər