reklam
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bəyanatı
Sportfm.az xəbər saytı

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bəyanatı


Aərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin idman jurnalistləri Anar Səid (Şabanoğlu) və İxtiyar Əsgərov barəsində məhkəmə qarşısında qaldırdığı iddianı qınayır və bildirir ki, jurnalistika cəmiyyətin əsas sahələrindən biri kimi hər hansı təzyiqdən uzaq tutulmalıdır. Təəssüflə qeyd edirik ki, yaranmış bu hal qanunvericilik və media prinsiplərindən kənara çıxmaqla bərabər, mediada fikir və söz azadlığına, jurnalistin müstəqilliyinə birbaşa müdaxilədir.

İdman jurnalistləri Anar Səid (Sabanoğlu) və İxtiyar Əsgərov 30 ilə yaxın peşə fəaliyyətləri dövründə iddia olunan hala heç vaxt yol verməyib, əksinə, öz peşəkarlıqları ilə hər zaman Azərbaycan idman mediasının aparıcı və nüfuzlu simalarından olublar.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası tərəfləri aralarında yaranmış mübahisəni qarşılıqlı anlaşma yolu ilə həll etməyə, cənab Rəfiyevi iddiasını geri götürməyə və idman jurnalistlərinin məhdudiyyətsiz işləyə biləcəyi mühiti təmin etməyə çağırır.

Oxşar xəbərlər

AFFA idman jurnalistləri üçün seminar keçirdi
2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü
"Bizdə yetərincə peşəkar idman jurnalistləri var" - Federasiya prezidenti
Azərbaycanda İdman Jurnalistləri Federasiyası yaradılır
Bu gün Beynəlxalq İdman Jurnalistləri Günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər