Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Neftçi” Türkiyədə yoldaşlıq matçları keçirəcək
“Neftçi”nin 17 yaşadək oğlanlardan ibarət komandası Türkiyədə beynəlxalq yoldaşlıq matçları keçirəcək.
Sportfm.az xəbər verir ki, komanda fevralın 8-də qardaş ölkəyə yollanacaq.
Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun yetirmələri Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaqlar.
Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbağça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.
Qeyd edək ki, beynəlxalq yoldaşlıq görüşləri fevralın 9-15-i aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.

Oxşar xəbərlər
Yığmamız Avstraliya ilə bərabərə qaldı - Yoldaşlıq oyunu
Yığmamız yoldaşlıq görüşü keçirəcək
“Qalatasaray”dan gedən oyunçu Türkiyədə tarix yazdı
“Neftçi” toplanışını Türkiyədə keçirəcək
Azərbaycan millisi Türkiyədə üç yoldaşlıq oyunu keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

_1694603125.png)

Misli Premyer Liqası