Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Önəmli xüsusiyyətlərə malik futbolçudur" - baş məşqçidən açıqlama
Seriya A komandalarından "Roma"nın baş məşqçisi Eusebio Di Françesko transfer etməkdə sona yaxınlaşdıqları Cengiz Ünderin komandaya ən yaxşı şəkildə uyğunlaşacağına güman edir.
Sportfm.az xəbər verir ki, Di Françesko "canavarlar"ın yeni sezon hazırlıqlarını davam etdirdiyi Pinzolo qəsəbəsində keçirilən tərəfdarlarla görüş tədbirində suallara cavab verib.
Di Françesko, klubun "Başakşehir"dən transfer etmək üzrə olduqları və Romada müayinədən keçəçək olan Cengiz Ünder haqqında bir suala: "Maraqlı oyunçudur. Keçmişdə türk oyunçuların İtaliyada uyğunlaşma problemlərinin olduğunu xatırlayırıq. Guman edirəm ki, Cengizin belə bir problemi olmaz və o komandaya ən tez vaxtda uyğunlaşar. Bu barədə ona kömək etməli və onu başa düşməliyik. Onun önəmli xüsusiyyətlərə sahib olduğu barədə sizi əmin edirəm".
Baş məşqçi o cümlədən ulduz oyunçu axtarışında olduqlarını bildirərək, belə bir transferin mütləq reallaşması lazım olduğunu deyib.
"Roma"da çıxış edən son türk oyunçu Salih Uçan olub. Salih "Fənərbaxça"dan 2014-2015 və 2015-2016-cı il sezonları üçün icarəyə götürülmüşdü.
Oxşar xəbərlər
Cengiz Ünderin qiyməti açıqlandı - 40 milyon avro
Uçan yenidən İtaliyaya uçur - Bu dəfə "Empoli"də çıxış edəcək
19 yaşlı türk futbolçu A Seriyasında
Devid Bekhem:"Onunla oynamaq hər bir futbolçunun arzusudur"
"Amerikaya getməyə hazırlaşmırıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası