reklam
İspaniyalı idmançıya ağır cəza -
Sportfm.az xəbər saytı

İspaniyalı idmançıya ağır cəza -Diskvalifikasiya edildi


İspaniyalı fiqurlu konkisürən Laura Barkero antidopinq qaydalarının pozulmasına görə altı il müddətinə diskvalifikasiya edilib.

Sportfm.az xəbər verir ki, Barkero 2022-ci ildə Pekin Qış Olimpiya Oyunlarında Marko Zandron ilə cütlük şəklində çıxış edib və 11-ci yeri tutub.

Lakin yarışların başa çatmasına üç gün qalmış onun dopinq testi müsbət nəticə göstərib. İdmançının 2023-cü ildə verdiyi növbəti test də müsbət çıxıb.

İdmançının cəza müddəti ilk müsbət nəticənin qeydə alındığı 2022-ci ildən başlayır. Təxminən üç il davam edən araşdırmalar müddətində L.Barkero karyerasını başa vurub və təhsilinə diqqət yetirib.

Oxşar xəbərlər

Dünya çempionu diskvalifikasiya edildi - CƏZA
Azərbaycan ağırlıqqaldıranı olimpiya medalından məhrum edilib
Dünya çempionumuzda dopinq aşkarlandı
Daha bir ağırlıqqaldıranımızda dopinq tapıldı
Yığmamıza cəza, cəza dalınca!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər