reklam
Heç kimə lazım olmayan dünya çempionu klub axtarır
Sportfm.az xəbər saytı

Heç kimə lazım olmayan dünya çempionu klub axtarır


İtaliya millisinin heyətində 2006-cı il dünya çempionatının qalibi olan Kristian Zakkardo "LinkedIn" sosial şəbəkəsi vasitəsilə klub axtarışına çıxıb.

Sportfm.az xəbər verir ki, təcrübəli müdafiəçi bunları yazıb:

"Vicenza" ilə müqaviləmi pozdum. Hazırda azad agentəm. Fiziki baxımdan hər şey qaydasındadır. Daha 2 mövsüm yüksək səviyyədə keçirə bilərəm".

Zakkardo peşəkar karyerasına "Bologna"da başlayıb. 2004-cü ildə "Palermo"ya transfer olunan müdafiəçi A Seriyasında ən çox oyunu siciliya klubunun heyətində keçirib - 142 oyun. O, "Parma", "Milan" və "Carpi"nin şərəfini də qoruyub.

Oxşar xəbərlər

Dünya çempionu vəfat etdi
"Milan"dan "Fənərbaxça"ya - TRANSFER
"Utrext"in futbolçusu Azərbaycan Premyer Liqasında
Buffondan tarixi göstərici
"Neftçi"dən 4 yeni transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər