Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA məktəblərdə yeni layihəyə başladı -FOTO
AFFA, Elm və Təhsil Nazirliyinin birlikdə əməkdaşlıq çərçivəsində məktəb və futbol klublarında SCALE layihəsinə (İdman Karyerası və Akademik öyrənmənin gücləndirilməsi) start verilib.
Sportfm.az xəbər verir ki, layihə 2025-ci ilin dekabrına qədər davam edəcək və əsas məqsəd gənc futbolçuların təhsildən uzaqlaşmasının qarşısını almaq, onların həm idmanda, həm də akademik sahədə inkişafına dəstək olmaqdır.
SCALE layihəsi Azərbaycan, İtaliya, Rumıniya, Malta və Moldova futbol federasiyalarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir və UEFA tərəfindən dəstəklənir. Layihə ikili karyera modelini tətbiq edərək, gənc futbolçuların həm məktəb, həm də futbol sahəsində uğur qazanmalarına imkan yaratmağı hədəfləyir.
İlk təlim Bakıda yerləşən 220 nömrəli məktəb-liseydə keçirilib. Bu təlim layihədə iştirak edən Bakı məktəblərindən olan müəllim-məşqçilər üçün təşkil edilib və əsas mövzular dual karyera modeli, gənc futbolçular üçün akademik dəstək üsulları olub. Təlimlər layihə üzrə koordinator Kifayət Mustafayeva və təlimçilər Gülyana Özcan, Ofeliya Qafarova tərəfindən aparılıb.
SCALE layihəsi AFFA-nın rəhbərliyi ilə Bakının müxtəlif məktəblərində və futbol akademiyalarında icra ediləcək. Təhsil və idmanı birləşdirən bu təşəbbüs gənc idmançıların həm məktəb uğurlarını artırmalarına, həm də futbol karyeralarını inkişaf etdirmələrinə kömək edəcək.

Oxşar xəbərlər
AFFA 250-dən çox layihənin icrasını həyata keçirəcək
"Futbol Düşərgəsi" layihəsi başladı
Biləsuvarda gənclər arasında veloyürüş təşkil olundu - FOTO
AFFA-da yeni layihə ilə bağlı görüş keçirilib - FOTO
Nazim Süleymanova təşəkkür etdilər - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası