reklam
Fərrux İsmayılov və kateqoriyalı məşqçi kursları
Sportfm.az xəbər saytı

Fərrux İsmayılov və kateqoriyalı məşqçi kurslarıFOTO


AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.

Sportfm.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən kursa 20-dən çox şəxs cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

Oxşar xəbərlər

Məşqçi kursları başladı - FOTO
Ağcabədidə məşqçi kurslarına start verildi
AFFA-da məşqçi kurslarına yekun vurulub
AFFA-da yeni məşqçi kursları başladı
Qusarda məşqçi kursu keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər