reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov:"Çətin olacağını bilirdik"


"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında qələbə qazanıb. 
Sportfm.az xəbər verir ki, səfərdə Gürcüstan çempionu "Samtredia"nı 1-0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bunları deyib:"Çətin olacağını bilirdik. Oyuna gəldikdə, baxmayaraq ki, ilk oyunda böyük hesabla qalib gəlmişdik, rəqibin asanlıqla məğlub olmayacağını bilirdik. Bu gün bunun şahidi olduq. Hava həddindən artıq isti idi, oynamaq çətin idi. Oyun keyfiyyətlərini görməsəm də, futbolçulardan razı qaldım. Rəqib komandanın oyunçularına təşəkkür etmək istəyirəm. Xarakter göstərdilər, düşünürəm ki, bu komanda yaxın vaxtlarda Gürcüstanın ən yaxşı komandası olacaq  və yaxşı nəticələr əldə edəcək. Bizim zəif oyunlarımız az olmaylb. Futbol elə bir oyundur ki, biz daima məğlub ola bilərik. Qələbələrimizi böyütməyi xoşlamıram. Sadəcə kiçik addımlar atırıq. Çatışmıyan cəhət çoxdu. Çalışırıq hər il pillə-pillə irəlləyək. Bu gün ilk oyunun təsiri var idi. Sadəcə bəzi hücumların nəticəsi olmadı. Komandadan çox şey tələb edə bilmərəm".

Oxşar xəbərlər

“Bu gün səviyyə fərqinin şahidi olduq" - Qurban Qurbanov
Qurban Qurbanov yenə Şahruddinin vəkili rolunda
Qurban Qurbanov:"Gözlədiymiz oyun oldu"
"Qarabağ"ın baş məşqçisi nədən danışdı?
Qurban Qurbanov: "Rəqibin daha istəkli olacağını düşünürəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər