reklam
Sportfm.az xəbər saytı

"İnter"in sabiq futbolçusu yığma komandanın baş məşqçisi oldu


Futbol üzrə Albaniya milli komandasına yeni baş məşqçi təyin olunub "Qarabağ"ın futbolçusu yığmada yenə italiyalı mütəxəssisin rəhbərliyi altında olacaq.

Sportfm.az xəbər verir ki, bu italiyalı mütəxəssis Kristian Panuççidir. 

İtaliyalı məşqçi ilə müqavilənin müddəti və şərtləri açıqlanmır. Yeni baş məşqçi mətbuat konfransında 2018-ci il dünya çempionatına vəsiqə qazanmağın mümkün olmadığını açıqlayıb. O, artıq indidən 2020-ci il Avropa çempionatına hazırlaşmalarının gərəkliyini vurğulayıb. Panuççi əvvəlki baş məşqçi Canni De Byazi kimi adını tarixə yazdırmağa çalışacağını əlavə edib. 

Qeyd edək ki, Albaniya millisində "Qarabağ"ın futbolçusu Ansi Aqolli də çıxış edir. O, 2016-cı il Avropa çempionatında yığmanın kapitanı olub. İtaliyalı Canni De Byazi Albaniya millisində 2011 - 2017-ci illərdə çalışıb.

Oxşar xəbərlər

Ansi Aqolli məşqçi kimi çalışacaq
De Byazi böyüməkdən dəm vurur
AFFA De Byaziyə 900 min avro verəcək - ŞOK rəqəm
Ansi Aqolli komandasına lazım olmadı
"Qarabağ"ın futbolçusu diplomat oldu!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər