reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın futbolçusu diplomat oldu!


Fransada keçirilən Avropa çempionatında iştirak edən Albaniya yığmasının bir neçə gün öncə Rumıniyaya qalib gəlməsi yerli əhali tərəfindən qürurla qarşılanıb.  Olimpiya.az xəbər verir ki, ölkənin futbol federasiyası da millinin bu uğuruna biganə qalmayacaq.  Federasiyadan bildirilib ki, yığmanın bütün üzvləri Rumıniya üzərindəki qələbəyə görə mükafatlandırılacaqlar. Belə ki, onlara diplomatik pasport və pul mükafatı veriləcək. ”Qarabağ”ın futbolçusu Ansi Aqolli də Albaniya millisinin digər üzvləri kimi, mükafat alacaq. Mükafatın məbləği isə açıqlanmayıb.  Qeyd edək ki, tarixində ilk dəfə Avropa çempionatına qatılan albanlar Rumıniya üzərindəki qələbə sayəsində qrupda 3-cü pilləyə yüksəliblər.   

Oxşar xəbərlər

Ansi Aqolli məşqçi kimi çalışacaq
İkiqat olimpiya çempionu Avropa çempionatına buraxılmadı
Ansi Aqolli komandasına lazım olmadı
"İnter"in sabiq futbolçusu yığma komandanın baş məşqçisi oldu
Həm pul, həm də paytaxtın açarını aldılar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər