Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Boksçularımız beynəlxalq turnirə qələbə ilə başladı
Azərbaycanın iki boksçusu Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.
Sportfm.az xəbər verir ki, 60 kq-da mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda Lukas Vimislski (Slovakiya) ilə üz-üzə gəlib.
Görüş boksçumuzun 5:0 (30:25, 30:26, 30:26, 30:25, 30:25) hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edən Qasımzadə bu mərhələdə Aksel Eqartla (Uels) döyüşəcək.
Əli Abdullayev (65 kq) isə 1/8 finalda Qabor Skubikslə (Macarıstan) qarşılaşıb. O, görüşün taleyini ilk raundda həll edib. Tam üstünlüklə qalib gələn Abdullayev ikinci döyüşündə Qerq Şarazı (Macarıstan) sınağa çəkəcək.
Qeyd edək ki, turnirə martın 15-də yekun vurulacaq.

Oxşar xəbərlər
Boksçularımız 1/4 finalda - Beynəlxalq turnirdə
Boksçularımız dünya birinciliyinin yarımfinalında
Boksçularımız Bakıdakı turnirə qələbə ilə başladı
Boksçularımız beynəlxalq turnirə qələbə ilə başladı
Boksçumuz Kamran Şahsuvarlı yarımfinala yüksəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası