reklam
Mingəçevirin komadası AFFA-nın yarışlarından kənarlaşdırıldı
Sportfm.az xəbər saytı

Mingəçevirin komadası AFFA-nın yarışlarından kənarlaşdırıldı


Mingəçevirin "Uğur" komandası AFFA U-13 Liqasından kənarlaşdırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar çıxarıb.

Komanda fevralın 16-da Bərdənin "Qala" kollektivi ilə görüşdə təyin olunan vaxtda gəlməyib. "Uğur"a 0:3 hesablı texniki məğlubiyyət verilib və bu hal üçüncü dəfə təkrarlandığı üçün Mingəçevir təmsilçisi yarışdan kənarlaşdırılıb.

Eyni turnirdə "Xan Lənkəran" "Sumqayıt"la görüşdə adı protokolda olmayan futbolçu oynatdığı üçün texniki məğlubiyyət alıb.
U-14 Liqasında "Zəngəzur", Göyçayın "Çinar" komandaları təyin olunan vaxtda matça gəlmədiklərinə, U-12 Liqasında isə "Qartal" lisenziyasız oyunçu ilə meydana çıxdığına görə texniki məğlubiyyətlə üzləşib.

Yüksək Qızlar Liqasında "Baku Juniors" "Sumqayıt"la qarşılaşmada protokolu təqdim etmədiyindən eyni aqibəti yaşayıb.

Region Liqasında "Ərgünəş" "Ümid"lə matçda lisenziyasız oyunçu, "Sabirabad" isə "Mil"lə görüşdə başqa komandanın futbolçusunu oynatdığı üçün texniki məğlubiyyət alıb.

Oxşar xəbərlər

AFFA “Karvan”ı çempionatdan kənarlaşdırdı
2 komandaya texniki məğlubiyyət verildi - Qərar
AFFA 2 komandaya texniki məğlubiyyət verdi
2 komandaya texniki məğlubiyyət verildi - QƏRAR
İki komanda çempionatdan kənarlaşdırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər