reklam
Dünya Çempionatında iştirak edəcək 5-inci komanda məlumdur
Sportfm.az xəbər saytı

Dünya Çempionatında iştirak edəcək 5-inci komanda məlumdur


2026-cı ildə keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Yeni Zelandiya millisi mundiala vəsiqəni təmin edib. Onlar seçmə mərhələnin final matçında Yeni Kaledoniyanı 3:0 hesabı ilə məğlub edib.

Yeni Zelandiya tarixi ərzində 3-cü dəfə dünya çempionatında iştirak etmək hüququ qazanıb. Milli daha əvvəl 1982 və 2010-cu ildə turnirdə yer alıb.

Qeyd edək ki, Yeni Zelandiya mundialda iştirakı dəqiqləşən 5-ci komanda olub. Ev sahibləri ABŞ, Meksika və Kanada ilə yanaşı, Yaponiya da dünya çempionatına vəsiqə qazanıb.

Oxşar xəbərlər

Madrid "Real"ı Dünya Çempionatında iştirak edəcək - tarixlər məlumdur
Klublararası dünya çempionatının yeni loqosu - FOTO
Səudiyyə Ərəbistanı dünya çempionatına ev sahibliyi edəcək
DÇ-2018-də iştirak edəcək üçüncü yığmanın adına aydınlıq gəlib
Mundialın 5-ci iştirakçısı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər