reklam
Beş cüdoçumuz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Beş cüdoçumuz mübarizəyə başlayır -Avropa çempionatı


Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın daha beş cüdoçusu mübarizəyə qoşulacaq.

Kişilərin yarışında Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), və Murad Fətiyev (90 kq) tatamiyə çıxacaqlar.

Qadınlardan isə Günel Həsənli ilə Südabə Ağayeva (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Əlavə edək ki, Azərbaycan yığması Avropa çempionatında həm fərdi idmançılarla, həm də komandalar üzrə mübarizə aparır. Ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında çıxış edəcək.

Oxşar xəbərlər

Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı
Daha bir cüdoçumuz üşün bürünc medal şansı - Avropa çempionatı
Cüdoçumuz bürünc medal qazandı - Avropa çempionatı
Azərbaycanlı cüdoçu üçün bürünc medal şansı - Avropa çempionatı
Beş cüdoçumuz mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər