reklam
Bakıda keçiriləcək turnirin vaxtı dəyişdirildi
Sportfm.az xəbər saytı

Bakıda keçiriləcək turnirin vaxtı dəyişdirildi


Xəbər verdiyimiz kimi, Bakıda Su İdmanı Sarayında(Baku Aguatic Palace) futvole üzrə "Qızmar Bakı Qumu" adı altında turnir start götürəcək.

Sportfm.az xəbər verir ki, iyulun 29-da baş tutmalı olan turnirin vaxtı dəyişdirilib. Belə ki, Su İdmanı Sarayının AFNA-ya müraciəti əsasında yarış bir gün sonraya təyin edilib. Müraciətdə iyulun 29-da Su İdmanı Sarayında çimərlik futbolu üzrə Superliqanın iki matçının keçiriləcəyi bildirilib. Beləlikə, "QIZMAR BAKI QUMU" iyulun 30-da saat 18:30-da başlayacaq.

Turnirdə kişi və qadın komandaları iştirak edəcək. Bir gün davam edəcək yarışda kişilərdən ibarət 8 futvole kollektivi iki qrupda mübarizə aparacaq. Qruplarda ilk iki sıranı tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq. Qadın idmançıların mübarizəsinin də maraqlı anlara səhnə olacağı şübhə doğurmur.

Qeyd edək ki, futvole üzrə yarış avqustun 5-6-sı Bakıda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır.

Oxşar xəbərlər

"Qızmar Bakı qumu"nun qalibləri məlum oldu - FOTO
"Qızmar Bakı Qumu" başlayır
Su İdmanı Sarayında futvole üzrə turnir baş tutacaq
Bakıda futvole şöləni - FOTOLAR
Azərbaycanda ilk dəfə futvole üzrə beynəlxalq turnir keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər