Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qızmar Bakı qumu"nun qalibləri məlum oldu - FOTO
Bakıda Su İdmanı Sarayında(Aguatic Palace) futvole üzrə "Qızmar Bakı Qumu" adı altında turnirə yekun vurulub.
Sportfm.az xəbər verir ki, ötən gün Azərbaycan Futnet Assosiasiyası(AFNA) tərəfindən düzənlənən turnirə saat 18:00-da start verilib. 5 kişi və 2 qadın(müsabiqədənkənar) komandasının iştirak etdiyi yarışda idmançılar dairəvi sistem üzrə mübarizə aparıblar. Bir gün davam edən "Qızmar Bakı qumu"nda 4 oyunun hamısında qalib gələrək, aktivinə 8 xal yazdıran Feyyar Hüseynov və Namiq İsgəndərov cütlüyü turnirin qalibi adını qazanıb. Mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Futnet Assosiasiyasının prezidenti Vüqar Xəlilov idmançıları qələbə münasibətilə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, "Qızmar Bakı qumu" avqustun 5-6-sı Bakıda keçiriləcək futvole üzrə beynəlxalq turnirə hazırlıq xarakteri daşıyırdı.
Oxşar xəbərlər
"Baku World Open"in qalibi məlum oldu - FOTO
Su İdmanı Sarayında “Baku World Open” turnirinə start verilib
Bakıda keçiriləcək turnirin vaxtı dəyişdirildi
"Qızmar Bakı Qumu" başlayır
Su İdmanı Sarayında futvole üzrə turnir baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası