Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lənkəranda Boks Mərkəzinin açılış oldu
Lənkəranda Cənub Regional Boks Mərkəzinin açılış mərasimi olub.
Sportfm.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Vüsal Nəsirli, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər iştirak ediblər.
Mərkəz ABF tərəfindən müasir tələblərə cavab verən lazımı avadanlıqlarla təchiz olunub. Yeni boks ocağının ümumi sahəsi 2,5 hektardan çoxdur və inzibati bina iki mərtəbədən ibarətdir. Burada birinci mərtəbədə məşq zalı və iki rinq idmançıların ixtiyarına verilib. Mərkəzdə məşqçilərin toplantı otağı, 2 paltardəyişmə otağı, trenajorlar və minifutbol meydançası var.
Qeyd edək ki, ABF-in əsas fəaliyyət istiqamətlərindən biri regionlarda boksa olan marağı daha da artırmaq, kütləviliyini təmin etmək və maddi-texniki bazasını gücləndirməkdir. Cənub Regional Boks Mərkəzindən başqa, Bakı Boks Mərkəzi və Sumqayıt şəhər stadionunda Boks Təlim Mərkəzi də fəaliyyət göstərir.

Oxşar xəbərlər
Qaxda yeni cüdo zalı açıldı
Boks Federasiyası fəaliyyətini dayandırdı - Naxçıvanda
Sumqayıtda yeni cüdo mərkəzi fəaliyyətə başladı
Sahil Babayev Boks Federasiyasının prezidenti oldu - Təyinat
Fərid Qayıbov İBA prezidentini qəbul etdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası