Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ" çempion oldu
AFFA U-14 Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
Sportfm.az xəbər verir ki, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “Qəbələ” üzərində 7:2 hesablı qələbə qazanan “Sabah” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Qarabağ” və “Ulduz“ komandaları üz-üzə gəliblər. Rəqibini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” çempion olub. “Ulduz” isə gümüş medallar əldə edib.
Oyunlardan sonra “Sabah” bürünc, “Ulduz” gümüş medalla, “Qarabağ” isə qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Mövsüm ərzində 38 qol vuran “Amasiya”nın oyunçusu İlham Qubadov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Ramil Əmirquliyev isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev təqdim ediblər.

Oxşar xəbərlər
Qızlarımız medallarına yiyələndi - FOTO
AFFA Gənclər Liqasının qaliblərini mükafatlandırdı
16 yaşlılarda ən güclü onlardı - FOTO
U-15 Liqasının qalibi bilindi - FOTO
Klubları aşağı liqaya yuvarlandı, onlar isə çempion oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası